Modern.az

Şagirdi şillələyən müəllim işə qaytarıla bilər

Şagirdi şillələyən müəllim işə qaytarıla bilər

Təhsil

20 Dekabr 2022, 09:20

Artıq uzun müddətdir ki, orta məktəblərdə müəllim-şagird münasibətlərilə bağlı yayılan videolar cəmiyyətdə geniş müzakirə olunmaqdadır. Bir neçə gün əvvəl Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində yerləşən 146 nömrəli məktəbdə müəllimin 8-ci sinif şagirdini döyməsilə bağlı görüntülər narazılığı pik həddə çatdırdı.

 

Kadrlardan məlum olur ki, müəllim öncə şagirdi danlayır, daha sonra üzünə şillə vurur və uşağın qulaqlarından dartır. Bu görüntülərdən sonra müəllim Kazım Canıyev məktəbdən uzaqlaşdırılıb. Əksəriyyət istənilən situasiyada müəllimin şagirdə əl qaldırmasının yolverilməz olduğunu vurğulasa da, digər qisim 35 ilin müəlliminin fəaliyyətinin üstündən bir hadisə ilə xətt çəkilməsinə qarşı çıxıb.

 

Məsələ ilə bağlı Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova Modern.az-a danışıb.

 

 

Sədr bildirib ki, heç bir hal uşağın şiddətə məruz qalmasına haqq vermir: “O uşaq çətin tərbiyə olunan uşaqdır. Müəllim bilməlidir ki, şillə vurulsa da, o uşaq düzəlməyəcək. Şillə ilə həll olunası metod olsaydı deyərdik ki, gəlin uşaqları şilləyək. Bilirəm müəllimin karyerası ilə bağlı çox xoş sözlər deyirlər. İllərin pedaqoqu bu cür addım atmamalı idi. Valideyni da çağırırlar müdaxilə olmursa, uşaq polisinə zəng etsinlər, başqa hüquqi yollar axtarılsın. Müəllimin yenidən işə qaytarılması məsələsinə isə ictimai şura baxmır. Bakı Şəhəri üzrə Təhsil İdarəsi araşdıracaq və müəllimin işdə saxlanılması qərarı veriləcəksə, müəllim işə qaytarılacaq".

 

"İstənilən halda zorakılıq qanun pozuntusudur. İllərin pedaqoqu anlamalıdı ki, çətin tərbiyə olunan uşağı döyməklə nə tədrisə cəlb etmək olur, nə də tərbiyələndirmək”, - İctimai Şuranın sədri vurğulayıb.       

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi