Modern.az

Ramil Usubov yeni rəis təyin etdi

Ramil Usubov yeni rəis təyin etdi

10 May 2013, 14:18

Naftalan şəhərinə yeni polis rəisi təyin edilib. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Bakının Nizami rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru Məmməd Hüseynov tutduğu vəzifədən azad edilərək Naftalan şəhərin Polis Şöbəsinə rəis təyin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Qeyd edək ki, bir neçə gün əvvəl Naftalan şəhər Polis Şöbəsinin rəisi Ağakişi İsmayılov tutduğu vəzifədən uzaqlaşdırılıb.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama