Modern.az

Xalq artisti prezidentə yazdı

Xalq artisti prezidentə yazdı

10 May 2013, 14:30


Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov prezident İlham Əliyevə məktub yazıb. Modern.az-ın məlumatına görə, xalq artisti prezident mükafatına layiq görüldüyü üçün ölkə rəhbərinə minnətdarlığını bildirib.

“Siz Azərbaycan mədəniyyətinin və incəsənətinin inkişafına xüsusi diqqət yetirir, bu sahədə çalışan sənət adamlarına böyük qayğı göstərirsiniz. Yaradıcılığımı yüksək qiymətləndirərək, məni Prezident mükafatına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Sizi əmin edirəm ki, bundan sonra da Azərbaycan musiqisinin inkişafı naminə əlimdən gələni əsirgəməyəcəyəm”-deyə məktubda qeyd olunub.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama