Modern.az

“Xudatdakı aksiyanın bizə aidiyyatı yoxdur” - BƏYANAT

“Xudatdakı aksiyanın bizə aidiyyatı yoxdur” - BƏYANAT

10 May 2013, 15:44

Müsavat Partiyası dünən Xaçmaz rayonunun Xudat şəhərində baş verən hadisə ilə bağlı bəyanat yayıb. Partiyanın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bəyanatda qeyd olunub:

"Dünən Dövlət Sərhəd Xidmətinə aid hərbi hissənin Rövşən Səfərov adlı zabiti Xudat yolunda avtoqəza törədib. Qəzanın günahkarı özü olmasına baxmayaraq, hərbçı maşından düşərək digər avtomobildə qadın və uşaqların olmasına da məhəl qoymadan nalayiq ifadələrlə xudatlıları təhqir edib. Bu söyüş və təhqirlərdən hiddətlənən insanlar baş verənlərə etiraz olaraq Xudatın mərkəzinə axışıb. Xudat polis şöbəsinin rəisi Elçin Rəcəbov  günahkarların  cəzalandırılacağına söz verdikdən sonra 4 saata yaxın davam edən aksiya başa çatıb.
Lakin aksiya dağıldıqdan sonra hakimiyyət əvvəlki ənənələrinə sadiq qalaraq heç bir günahı olmayan adamları cəzalandırmağa başlayıb və hədəf kimi yenə də müxalifəti seçib. Daxili işlər nazirliyinin hadisə barədəki rəsmi məlumatında hadisəyə görə əsassız olaraq  müxalifət partiyalarının, konkret olaraq Müsavat Partiyasının üzvüləri suçlanır. Halbuki Müsavat Partiyasının həbs olunan üzvülərinin həmin insidentə heç bir aidiyyəti olmayıb.
Partiya habelə qanunsuz olaraq həbs edilmiş və barələrində 10 sutkalıq inzibati həbs qərarı çıxarılmış Müsavat Partiyası Xaçmaz rayon təşkilatının sədri Heybət Əmrahın, partiya üzvləri Fikrət Əliyevin, Ələddin Mirzəyevin, rayon sakini Nüsrət Qarayevin dərhal həbsdən azad edilməsini tələb edir".

Anar RÜSTƏMOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama