Mayın 10-da mərhum dövlət başçısı Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi ilə bağlı Qaradağ rayonunda aztəminatlı ailələrlə görüş keçirilib.
Qaradağ Rayon İcra Hakimiyyətindən
Modern.az-a verilən məlumata görə, icra başçısının müavini Mahmud Qubatov tədbirdə Heydər Əliyevin siyasəti və tarixi uzaqgörənliyindən danışıb.
Görüş iştirakçıları adından çıxış edənlər şəhid ailəsi Esmira Rüstəmova, II qrup Qarabağ əlili Sahib Hüseynov və Qaradağ rayonunda məskunlaşan Laçın rayonundan məcburi köçkün İslam Məmmədov hər zaman göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə və rayon İcra Hakimiyyətinə öz dərin minnətdarlıqlarını bildirublər. Görüşün sonunda Qaradağ rayonu ərazisində yaşayan 3800 aztəminatlı ailəyə o cümlədən məcburi köçkün və şəhid ailələrinə, Qarabağ, 20 Yanvar, Çernobıl əlillərinə ümumi həcmi 30,4 ton olan ərzaq yardımı verilib.