Modern.az

MTN-dən Suriyada döyüşən azərbaycanlılar haqqında AÇIQLAMA

MTN-dən Suriyada döyüşən azərbaycanlılar haqqında AÇIQLAMA

10 May 2013, 16:35


Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştriak edən Azərbaycan vətəndaşının videosunun  yayılması və onların mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək cihada çağırmaları ölkəmizdə narahatlıqla qarşılanıb.

Milli Təhlükəsizlik Nazirliyi bununla bağlı Modern.az-a açıqlama verib. Nazirliyin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev sorğumuza cavab olaraq bildirib ki, Azərbaycan Respublikasının milli təhlükəsizliyinə mümkün təhdidlərin qarşısının alınması üçün bütün zəruri qabaqlayıcı tədbirlər həyata keçirilir. Nazirlik rəsmisi onu da bildirib ki, dövlət təhlükəsizliyinə nəzarət olunur.

Qeyd edək ki, Suriyada Bəşər Əsəd rejiminə qarşı müharibədə iştriak edən Azərbaycan vətəndaşının videosu yayılıb. Youtube-da yayımlanan videoda mücahid azərbaycanlı dindarlara, müsəlmanlara müraciət edərək onları da cihada qoşulmağa çağırıb.

Gültəkin ƏLƏSGƏR

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama