“Nida” vətəndaş hərəkatının üzvü Turqut Qəmbər və AXCP Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı mayın 10-da gecə saatlarında həbsdən azadlığa çıxıblar.
Bu barədə məlumatı “Nida” hərəkatının üzvləri veriblər.
Onlar Neft Akademiyasındakı terrorun ildönümü ilə əlaqədar aprelin 30-da “Terrora yox!” şüarı ilə keçirilən aksiya zamanı saxlanılmış və barələrində 10 sutkalıq həbs cəzası kəsilmişdi. Mayın 10-da onların sutkalıq inzibati həbs müddəti başa çatıb.
Həmin aksiyada həbs edilmiş “Azad Gənclik” təşkilatının üzvü İlkin Rüstəmzadənin isə həbs müddəti mayın 15-də bitəcək.
Modern.az