Modern.az

Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

11 May 2013, 13:09

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, mayın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. Səhər yarımadanın bəzi yerlərində az yağış yağma ehtimalı var. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın bölgələrində mayın 12-də gündüz hava əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxaçaq, qısamüddətli yağış yağacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 11-16, gündüz 22-27 dərəcə isti təşkil edəcək. Dağlarda gecə 5-10, gündüz 14-19 dərəcə isti olacağı gözlənilir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama