Modern.az

Almaniyada kilsələr bağlanır, məscidlər açılır, xristianlar təşvişə düşüb...

Almaniyada kilsələr bağlanır, məscidlər açılır, xristianlar təşvişə düşüb...

11 May 2013, 13:15



Son zamanlar Almaniyada aparılan inşaat işlərində çalışan müsəlman işçilərin sayı sürətlə artmaqdadır. Nəticədə həm də Almaniyada yeni məscidlər inşa etməyə başlayıblar.
Almaniyanın Hamburq şəhərində yerləşən Kapernaum kilsəsi  şəhərin mədəni sərvəti elan olunsa da, 2002-ci ildə maddi problemlər səbəbindən bağlanıb.
44 metr hündürlüyündə olan bu kilsə 2012-ci ilin dekabr ayında “Ən-Nur” adlı 600 üzvü olan islam təşkilatına satılıb.
Artıq məscidə çevirilən bu ibadətgahda 1 milyon avro dəyərində rekonstruksiya işləri aparılır.
Bu məsçidin açılışı 3 oktyabr tarixinə, yəni Almaniyanın birliyi gününə planlaşdırılır.
Lakin buna qarşı çıxanlar da var. Məsələn, Katolik kilsəsinin nümayəndəsi yepiskopu Hans-Yohen Yaşke bəyan edib edib ki, kilsələrin məsçidlərə çevrilməsi onların maraqlarına ziddir. “Xristianlıq ibadətgahının islam ziyarətgahına dəyişdirilməsi heç də uğurlu addım deyil. Katolik dünyası bunu dəstəkləmir və əleyhinədir”.
2008-ci ildə Almaniyanın Markslox şəhərində ölkənin ən böyük məsçidinin açılması da xristianları narahat edib. Məsçid “Mərkəz” adlanır, türk stilində inşa olunub, maddi dəyəri 7,5 milyon avrodur.
Almaniyada artıq 2000-ci ildən bu yana 400 katolik,100-dən çox protestant kilsəsi bağlanıb. Evangel məsçidinin rəsmi sənədlərinə əsasən, Almaniyada 1990-cı ildən bu yana 277 kilsə satılıb. Daha 700 kilsənin isə yaxın zamanlarda bağlanması planlaşdırılır.
Bütün bunlarla yanaşı, ölkədə rəsmi qaydada 200 məşçid inşa olunub, 2600 kiçik həcmli Allah evləri - müsəllilər fəaliyyət göstərir. İslam təşkilatlarının yaydığı informasiyalara əsasən, hazırda ölkədə 128 məsçidin inşası aparılır.
Almaniyada yaşayan müsəlmanların sayı 500 mindən 4 milyona qədər artıb.

Günəş FƏRHADLI

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama