Gənclər və idman naziri Azad Rəhimov tərəfindən 11 aprel 2013-cü il tarixdə Mingəçevir şəhərində vətəndaşların qəbulu keçirilib. Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, qəbulda Mingəçevir, Ağdaş, Bərdə, Tərtər, Goyçay, Kürdəmir, Ucar, Zərdab, Yevlax və Ağsu rayon sakinləri iştirak ediblər.
Müraciət edən vətəndaşlar daha çox güzəştli ipoteka krediti almaq, idman bölmələrinin açılması, zalların və meydançaların tikintisi, mənzil şəraitinin yaxşılaşdırılması, güzəştli ipoteka krediti, işlə təmin olunmaq, bəzi kəndlərdə futbol meydançasının inşası, işə düzəlmə, gənclər təşkilatının yaradılması, gənclərin asudə vaxtının səmərəli təşkili üçün gənclər mərkəzinin inşası, işlə təminat və s. məsələlərlə bağlı olub.