Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsindəki bələdiyyə binasının yaxınlığında baş verən güclü partlayış nəticəsində ölənlərin sayı 45 nəfərə çatıb, 29-u ağır olmaqla 100 nəfərdən çox adam yaralanıb.
Modern.az “Anadolu” agentliyinə istinadən bildiri ki, hadisə nəticəsində bələdiyyə binası, həmçinin yaxınlıqdakı çox sayda digər tikili və ərazidə dayanmış avtomobillər yararsız hala düşüb.