Modern.az

Əsəd Türkiyəyə cavab verdi: “Partlayışı biz törətməmişik”

Əsəd Türkiyəyə cavab verdi: “Partlayışı biz törətməmişik”

12 May 2013, 14:52


Türkiyənin Hatay vilayətinin Reyhanlı qəsəbəsindəki törədilən terror aktı ilə bağlı Əsəd rejimi rəsmi açıqlama verib. Modern.az türk KİV-lərnə istinadən xəbər verir, rəsmi Dəməşq Türkiyədə baş verən terror aktının onlar tərəfindən törədilməsi ilə bağlı ittihamları rədd edib.

Suriyanın informasiya naziri dövlət televiziyasında çıxış edərək “Suriya belə bir partlayış törətməyib, əsla da eləməz. Belə bir şeyə icazə də vermərik”-deyə Türkiyəyə cavab verib.

Qeyd edək ki, rəsmi Ankara Hatay vilayətinin Reyhanlı qəsəbəsində baş verən terror aktının Suriyadakı rejimə bağlı “El Muhaberat” qruplaşması tərəfindən törədildiyini açıqlayıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama