Modern.az

Ali məktəblərə ərizə qəbulu başa çatır

Ali məktəblərə ərizə qəbulu başa çatır

13 May 2013, 10:14

2013/2014-cü tədris ili üçün ali təhsil müəssiələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün internetlə ərizə qəbulu mayın 15-də başa çatır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, göstərilən vaxta qədər abituriyentin “Elektron ərizə” si doldurmalı və mayın 17-dək mütləq təsdiq olunmalıdır. Əks halda həmin abituriyentlər qəbul imtahanlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki. 13 may 2013-cü il saat 10:00-a olan məlumata əsasən 86900 abituriyent internetlə “Elektron ərizə“ doldurub, onlardan 78616 nəfərinin ərizəsi müvafiq qaydada təsdiq olunub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama