Modern.az

“Azadlıq”ın redaktoru: “İqtidarın bizim tərifə ehtiyacı yoxdur”

“Azadlıq”ın redaktoru: “İqtidarın bizim tərifə ehtiyacı yoxdur”

13 May 2013, 13:53
Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bu yaxınlarda ölkə mətbuatı haqqında dedikləri həqiqəti əks etdirirmi? Administrasiya rəsmisi bildirib ki, iqtidar mətbuatı yalnız iqtidarı tərifləməklə, müxalif media orqanları da yalnız tənqidlə məşğul olur.
Modern.az məsələ ilə bağlı iqtidar yönümlü bir neçə qəzetdən mövqe öyrənməyə çalışsa da, bu mətbu nəşrlərin baş redaktorları məsələ ilə bağlı şərh verməkdən yayındılar.

Əks tərəfin təmsilçisi olan “Azadlıq” qəzetinin redaktoru Sücəddin Şərifov isə hesab edir ki, arealına görə tərif deyən mətbuat çoxdur.

“Bu baxımdan cəmiyyətin daha çox tənqidə ehtiyacı var. Biz bütün işlərin pis olduğunu demirik və uğurları da danmırıq. Amma özümüzə müxalifət qəzeti və müstəqil deyiriksə, tənqidi məsələləri qabardırıq. Ona görə də biz tənqidə üstünlük veririk”, – deyə redaktor vurğulayıb.

S.Şərifov onu da əlavə edib ki, problemləri və çatışmazlıqları göstərmək əsas hədəfləridir.

“Onsuz da tərif deyən qəzetlərin sayı bizimlə müqayisə edilməz dərəcədə çoxdur. Bura televiziyaları və hakimiyyətin nəzarətində olan internet portallarını da əlavə etsək, deyə bilərəm ki, iqtidarın bizim tərifimizə ehtiyacı qalmır”, – deyə redaktor ironiyasını gizlətməyib.  

Aqşin Kərimov  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama