Modern.az

İcra başçısı: “İsmayıllı İlham Əliyevə sadiq olduğunu sübut edəcək”

İcra başçısı: “İsmayıllı İlham Əliyevə sadiq olduğunu sübut edəcək”

13 May 2013, 17:38

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov İsmayıllı rayonunun icra başçısı Mirdaməd Sadıqovla görüşüb. Modern.az-ın məlumatına millət vəkili Yeni Azərbaycan Partiyasının İsmayıllı rayon təşkilatının VIII konfransında iştirak edib.

Rayon icra hakimiyyətinin başçısı, YAP-ın yarandığı illərdən üzvü olan, Heydər Əliyev iqtisadi idarəetmə məktəbini təsis etmiş Mirdaməd Sadıqov YAP rayon təşkilatının fəaliyyəti üçün daha optimal, daha səmərəli yollardan danışıb, rayonun inkişaf perspektivlərini nəzərdə tutulmuş layihələr əsasında şərh edib.

O, qətiyyətlə bildirib ki, İsmayıllı əhalisi həmişə olduğu kimi Heydər Əliyev ideyalarına, prezident İlham Əliyevin inkişaf, yüksəliş strategiyasına sadiq olduqlarını əməli fəaliyyətləri ilə bir daha sübut edəcək.
87 saylı Ağsu-İsmayıllı seçki dairəsindən Milli Məclisə deputat seçilən Ərəstun Cavadov da çıxışında İsmayıllılara ən xoş arzularını bildirib, rayona yüksəliş, insanlara yüksək rifah, seçkilərdə böyük uğurlar arzulayıb.

YAP-ın növbəti qurultayına nümayəndələr seçilib. Bununla da konfrans öz işini başa çatdırıb.


Anar RÜSTƏMOV

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama