Bu gün Sumqayıt şəhərində yerləşən 17 saylı orta məktəbdə bədbəxt hadisə baş verib. Modern.az-ın məlumatına görə, 17 saylı orta məktəbin XI sinif şagirdi, 1996-cı il təvəllüdlü Azad İlyasov dərs zamanı qəflətən dünyasını dəyişib.
Məsələ ilə bağlı Modern.az-ın əməkdaşı Sumqayıt Təhsil Şöbəsi ilə əlaqə saxlayaraq hadisənin təfərrüatlarını öyrənib.
Təhsil şöbəsindən verilən məlumata görə, şagird Azad İlyasov ürək çatışmamazlığından dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Modern.az