Modern.az

TQDK bəzi abituriyentlərdən narazılığını bildirdi

TQDK bəzi abituriyentlərdən narazılığını bildirdi

13 May 2013, 18:33

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ötən gün respublikanımn 8 şəhər və rayonunda keçirilən sınaq imtahanları ilə bağlı məlumat yayıb. Qurumun mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, sınaq imtahanlarında bir sıra nöqsanlar aşkar edilib.

Bildirilib ki, bəzi abituriyentlər bu imtahanlara köməkçi vasitələr ( konspekt, kalkulyator, mobil telefon və s.) keçirməyə çalışır və onlardan istifadə etməklə imtahan nəticələrini süni şəkildə artırmağa cəhd göstərirlər.  

Mayın 12-də keçirilən növbəti sınaq imtahanında abituriyentlərdən birində müxtəlif imtahan fənləri üzrə konspekt yerləşdirilmiş xüsusi elektron qurğu aşkar edilib.

Qeyd olunub ki, sınaq imtahanlarının nəticələri ali məktəblərə qəbul olmaq üçün hər hansı  rola malik deyil. Bu sınaqlar yalnız abituriyentlərə özlərini real imtahan şəraitində hiss etmək, qəbul imtahanlarına psixoloji cəhətdən uyğunlaşmaq, ayrılmış vaxtdan səmərəli istifadə etmək kimi bacarıqlarının inkişaf etdirilməsi məqsədilə keçirilir. 

Odur ki, abituriyentlərə öz imtahan nəticələrini bu kimi üsullarla süni surətdə artırmaqla özlərini və yaxınlarını aldatmamağı tövsiyə edirik.  

Bundan başqa, qəbul imtahanlarında belə halların aşkarlanması həmin abituriyentin imtahan nəticəsinin ləğvi və onun barəsində daha ciddi inzibati tədbirlərin görülməsi ilə nəticələnəcəkdir.  

TQDK abituriyentlərin nəzərinə  bir daha çatdırır ki, imtahan binasına köməkçi vasitələri gətirmək və onlardan istifadə etmək qəti qadağandır.  

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama