Modern.az

Müsavat təcili toplantı keçirdi

Müsavat təcili toplantı keçirdi

13 May 2013, 21:18

Bu gün Müsavat Partiyası Divanının toplantısı keçirilib. Toplantıda ötən həftə verilən qərarların icrası, görülən işlər, partiyadaxili məsələlər, seçki hazırlıqları, ictimai – siyasi duruma dair müzakirələr aparılıb.

Toplantıda öncə qərarların icrasına dair fikirlər dinlənilib.

Daha sonra Müsavat Partiyası başqanı İsa Qəmbərin mayın 11-i ziyalılar, 12-si isə Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü müzakirə olunub. Hər iki görüş müsbət qiymətləndirilib və bu silsilədən görüşlərin davam etdirilməsi məqsədəuyğun sayılıb.

İsa Qəmbərin Seçki Qərargahının işi və seçki hazırlıqlarının gedişi haqqında məlumat verilib. Divanın qərarı ilə Seçki Qərargahına yeni üzvlər daxil edilib.

Müsavat Divanında Türkiyənin Suriya il həmsərhəd olan Hatay vilayətinin Reyhanlı qəsəbəsində törədilən terror aktı da müzakirə olunub. Divan hadisəni pisləyən bəyanat qəbul edib, hadisə ilə bağlı Türkiyə rəhbərliyinə və terror qurbanlarının yaxınlarına başsağlığı verib.

İctimai - siyasi duruma dair müzakirələrdə vəkil Aslan İsmayılovun Vəkillər Kollegiyasından uzaqlaşdırılması məsələsi də müzakirə olunub. Divan bu hadisəni pisləyib və müstəqil vəkillərə qarşı təzyiqlərə son qoyulmasını tələb edib.

Daha sonra Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terror aktının dördüncü ildönümündə qurbanları anma mərasiminə görə saxlanılan, 10-15 sutkalıq cəzaya məhkum edilən  və Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin inzibati həbs olunanların saxlanma məntəqəsində saxlanılan  AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı,   N!DA Vətəndaş Hərəkatının idarə heyətinin üzvü Turqut Qəmbər, və Azad Gənclik Təşkilatının üzvü İlkin Rüstəmzadəyə işgəncə verilməsi və həmin şəxslərin şəkillərinin qanuna zidd olaraq yayılması da müzakirə edilib.

Daha sonra Xaçmaz və Xudatda baş  verən etirazlar və həbslər müzakirə olunub.

Daha sonra Divanda mətbuata artan təzyiqlər müzakirə olunub. Qeyd  edilib ki, “Yeni Müsavat” və “Azadlıq” qəzetlərinə təzyiqlər davam edir.  “Sonda cari məsələlərə baxılıb.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama