Bakıda 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Bu barədə Modern.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.
Qeyd edilib ki, BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 60 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Eyniz zamanda, 2022-ci təqvim ilində müvafiq imtahan və müsahibə prosesində uğur qazanmış 21 nəfər BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə uşaqlarla məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifəsinə təyin edilib.