“Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri kimi açıqlama verəndə bunun səbəblərini də açıqlamalıdır”. Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun kredit faizlərinin aşağı salınacağı ilə balı açıqlamasına iqtisadçı ekspert Rövşən Ağayev münasibət bildirib. O, Modern.az-a açıqlamasında qeyd edib ki, ümumiyyətlə bütün kredit faizləri yüksəkdir.
Rövşən Ağayevin sözlərinə görə, elə son vaxtlar da ən çox müzakirə olunan mövzulardan biridir.
”Elman Rüstəmov açıqlamasında da bildirib ki, banklarla müzakirələr olacaq. Təbii ki, burada söhbət biznes kreditlərindən, eləcə də biznes şərtlərini diktə edən ipoteka kreditlərindən gedir.
İlk olaraq bunun üçün Mərkəzi Bankın özünün də görəcəyi işlər var. Çünki bütün dünyada Mərkəzi Bankın kredit bazarına müdaxilə imkanları var. Dövlət xüsusən də mərkəzləşmiş kredit resurslarının banklara Mərkəzi Bank tərəfindən verilən kredit resurslarının faizinin payını artırır. Mərkəzi Bankın kommersiya banklarına verdiyi kreditlərin faiz payı 10 faizdən aşağıdır. Odur ki, danışmaqdansa, iş görmək daha məqbul variantdır. Mərkəzi Bank düşünməlidir ki, biz nə edək ki, mərkəzləşmiş kredit resurslarının ümumin kredit resurslarında payını artıraq. Ona görə də bizdə mərkəzləşdirilmiş kredit resurslarının payı çox aşağı olduğundan, Mərkəzi Bankın uçot siyasəti də heç vaxt kredit bazarına təsir etmir. Niyə? Çünki uçot dərəcələri acaq mərkəzləşmiş kredit resurslarına aid edilən faiz dərəcəsidir. Ona görə də hesab edirəm ki, Mərkəzi Bank danışmaqdan çox işləməlidir. Mexanizmlər üzərində işləmək lazımdır. Əgər Mərkəzi Bank banklarla danışığa gedibsə, deməli, Azərbaycanda bank sektorunda vəziyyət çox ağırdır. Belə çıxır ki bu ayrı-ayrı vəzifəli şəxslərin, fərdlərin müdaxiləsi ilə bu proses tənzimlənir. Bu baxımdan bazar iqtisadiyyatının tələbləri mexanizmləri işləməlidir nəinki ayrı-ayrı fərdlərin bu məsələni danışıq yolu ilə tənzimləməsi”, – deyə iqtisadçı-ekspert bildirib.
Problemin bank sektorunun inhisarlaşmasında görən ekspertin sözlərinə görə, Mərkəzi Bank öz mövqeyini açıqlamalıdır ki, problem nə ilə əlaqədardır:
“Əmtəə bazarında olduğu kimi, bank sektorunda da kredit məhsul sayılır. Ona görə də Mərkəzi Bank mövqeyini açıqlamalıdır ki, problem nə ilə bağlıdır. Adətən məhsul qıt olanda məhsul baha olur. Odur ki, Elman Rüstəmov Mərkəzi Bankın rəhbəri kimi açıqlama verəndə bunun səbəblərini də açıqlamalıdır. Desin görək, doğurdanmı bizdə kredit resursları qıtdı. Əgər belədirsə, hökumət mərkəzləşmiş kredit resurslarının payını artırmalıdır. Yox əgər bazarda tələbata uyğun təklif varsa, atıq bunun səbəbi o deməkdir ki, bank sektorunda inhisarlaşma gedir”.
Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov özəl bankların istehlakçılara təqdim etdiyi kredit faizlərinin aşağı salınacağı ilə bağlı açıqlama verib.
”Artıq bu istiqamətində Mərkəzi Bank özəl bankların rəhbərlikləri ilə danışıqlar aparır” deyən E.Rüstəmov etiraf edib ki, faizləri inzibati şəkildə endirmək mümkün deyil:
“Mərkəzi Bank yalnız özəl banklara bununla bağlı tövsiyə verə bilər. Hər halda bu məsələdə istehlakçıların mövqeyinin də nəzərə alınacağı istisna olunmur”.
Gültəkin Ələsgər