Modern.az xəbər verir ki, Milli Məclisin bugünkü iclasında millət vəkili Fazil Mustafa İranda həbs olunan Azərbaycan vətəndaşı Xalidə Xalidin həbsinə münasibət bildirib və bu addımı kəskin tənqid edib.
“İslami bir dövlətin ciddi əsas olmadan qadını həbs etməsi absurd bir məslədir”. Deputat daha sonra təhsil haqqı məsələsinə toxunaraq bildirib ki, özəl və dövlət universitetlərinin tələbələri bu pulu ödəyə bilmirlər. “Çalışmalıyıq ki, gənclərimiz savadlı olsun və bu təhsil haqqı məsələsini həll etmək lazımdır”.