Modern.az

Yol kənarında obyekt tikmək qadağan edildi

Yol kənarında obyekt tikmək qadağan edildi

Təhsil

14 May 2013, 13:26

Milli Məclisin iclasında Avtomobil yolları haqqında" qanuna edilən dəyişikliklər müzakirə edilir. Modern.az xəbər verir k, nəzərdə tutulan dəyişikliyə əsasən yol kənarlarında yolkənarı xidmət obyektləri istisna olmaqla digər tikintilərin aparılması qadağan olunacaq.

Həmçinin "Avtomobil yolları haqqında" qanunun 15-1 (Avtomobil yollarının qoruma zolaqları) maddəsinə ediləcək dəyişikliyə əsasən, istifadədə olan avtomobil yollarının qoruma zolaqlarında yol tikintisi, saxlanması, təmiri, yenidən qurulması və yol hərəkətinə, sərnişin və yükdaşımaları sahəsində nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının fəaliyyəti ilə əlaqədar olan tikili və qurğular, habelə yolkənarı xidmət obyektləri istisna edilməklə, digər tikililərin yerləşdirilməsi qadağandır. Bu işlər aparılarkən mühafizə zolaqlarının hüdudlarında yerləşən giriş-çıxış və birləşmə yollarının, habelə digər obyektlərin tikintisi, təmiri, saxlanması ilə bağlı bütün xərclər həmin obyektlərin sahibləri tərəfindən çəkiləcək.

Qanunun 8.3-cü maddəsinə edilən dəyişiklik nəticəsində avtomobil yolunun sahibi onun razılığı olmadan yolun torpaq sahəsində tikinti, yenidənqurma və digər işləri sifariş edən və ya aparan hüquqi və fiziki şəxslərdən bütün işləri dərhal dayandırmaq, qanunsuz tikili və qurğuları həmin şəxslərin vəsaiti hesabına sökmək və yolları əvvəlki vəziyyətinə gətirməlidir. Bu tələbin icrasından imtina edildikdə və ya razılaşdırılmış müddətdə yerinə yetirilmədikdə isə yolun əvvəlki vəziyyətinə qaytarılması avtomobil yolunun vəsaiti və qüvvəsi hesabına yerinə yetiriləcək. Belə halda isə bu işlər üşün çəkilən xərclər qanunsuz tikinti aparan və ya sifariş verən şəxslər tərəfindən ödənilməlidir. Görülən xərclər çəkilmədikdə isə avtomobil yolunun sahibi məhkəmələrdə müvafiq iddialar irəli sürmək hüququna malikdir.

Digər dəyişikliyə əsasən, müvafiq razılığın və ya normativ-texniki şərtlərin tələblərinə riayət edilmədiyi halda avtomobil yolarının torpaq sahəsində pozuntuya yol vermiş hüquqi və fiziki şəxslər Cinayət, İnzibati Xətalar və Mülki məcəllələrə uyğun olaraq məsuliyyət daşıyırlar.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama