Modern.az

Azərbaycanda yollar ödənişli olacaq

Azərbaycanda yollar ödənişli olacaq

14 May 2013, 14:12

Azərbaycanda ödənişli avtomobil yollarının tikintisi qanuniləşəcək. Modern.az xəbər verir ki, bu barədə parlamentin plenar iclasında «Avtomobil yolları haqqında» qanuna əlavə və dəyişikliklərin müzakirəsi zamanı İqtisadi siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib.

Millət vəkilinin sözlərinə görə, qanun layihəsi Nəqliyyat Nazirliyinin mütəxəssislərinin iştirakı ilə Komitədə müzakirə edilib.

Layihəyə əsasən, ölkədə avtomobil yolları şəbəkəsinin müasirləşdirilməsi və genişləndirilməsi, avtomobil yolları istifadəçilərinə yüksək xidmət göstərilməsi, yollarda yüksək sürət rejiminin və təhlükəsizlik tələblərinin təmin edilməsi məqsədilə ödənişli avtomobil yolları tikilə bilər. Yüksək standartlara və normativlərə uyğun olan ödənişli yollar dövlət mülkiyyətində olan respublika və yerli əhəmiyyətli avtomobil yollarında, həmçinin ümumi istifadədə olan özəl avtomobil yolları əsasında yaradıla bilər. Ödənişli avtomobil yollarının yaradılması dövlət büdcəsi, yerli və xarici investorların vəsaitləri hesabına maliyyələşdirilə bilər. Ödənişin, körpülər və digər yol qurğuları da daxil olmaqla, bütün yol boyu və ya onun müəyyən hissələrində gediş üçün tətbiqinə yol verilir.

Ödənişli avtomobil yolundan istifadə alternativ ödənişsiz avtomobil yolundan istifadəyə maneə törədən hallar yarandıqda, hərbi və ya fövqəladə vəziyyət elan edildikdə, həmçinin təbii və ya texnogen xarakterli fövqəladə hallar baş verdikdə dayandırıla bilər. Ödənişli avtomobil yolundan istifadənin dayandırılması müddəti 6 aydan artıq olmamalıdır.

İclasda keçirilən səsvermə nəticəsində qanun layihəsi qəbul olunub.

Modern.az

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama