“İctimai Palatanın sessiyası mayın 18-də keçiriləcək”. Bunu Modern.az-a açıqlamasında İP Koordinasiya Şurasının cəbhəçi üzvü Fuad Qəhrəmanlı deyib. İP rəsmisi bildirib ki, sessiyada gündəlikdə duran məsələlər müzakirə olunacaq.
“Aksiya məsələsi isə hələlik gündəliyə daxil olmayıb. Sadəcə olaraq biz İctimai Palatanın aksiyaları ilə bağlı məsələni müzakirəyə çıxarmaq üçün təkliflər verə bilərik. Hələlik gündəlik də tam müəyyənləşməyib və konkret nələrin müzakirə olunacağı dəqiq bilinmir”.