Modern.az

“Facebook”da İsa Qəmbərin seçki qərargahı yaradıldı

“Facebook”da İsa Qəmbərin seçki qərargahı yaradıldı

14 May 2013, 17:07

Bu gün Müsavat Partiyasının başqanı, partiyanın başqanlığa namizədi İsa Qəmbərin Mərkəzi Seçki Qərargahının toplantısı keçirilib. Toplantı Mərkəzi Seçki Qərargahının rəhbəri Arif Hacılının sədrliyi ilə baş tutub. A.Hacılı Mərkəzi Seçki Qərargahına Divanın qərarı ilə yeni üzvlər salındığını bildirib. Qeyd olunub ki, Xuraman Bağırova, Elçin Cərullazadə, Fəzli Mehdiyev və Günel Rəhimli Mərkəzi seçki qərargahı üzvləri sırasına salınıb. Beləliklə də, seçki qərargahı üzvlərinin sayı 32-yə çatıb.

Toplantıda ötən həftəyə dair verilən tapşırıqlar barədə məlumatlar dinlənilib. Bildirilib ki, artıq 55 rayon təşkilatında seçki kompaniyasını aparacaq şəxslərin siyahıları müəyyənləşdirilib. “facebook” sosial şəbəkəsində İsa Qəmbərin seçki qərargahı səhifəsi yaradılıb.

Mərkəzi seçki qərargahının növbəti toplantısı mayın 19-u saat 16:00-da olacaq.

A.RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama