Modern.az

Azərbaycanın Özbəkistandakı səfirliyi diplomatların milli yeməklər festivalına qatılıb - FOTOLAR

Azərbaycanın Özbəkistandakı səfirliyi diplomatların milli yeməklər festivalına qatılıb - FOTOLAR

15 May 2013, 10:18
Özbəkistanın Daşkənd şəhərindəki qədim Romanovlar parkında  Özbəkistan Xarici İşlər Nazirliyi diplomatik servis xidmətinın təşkil etdiyi “Xalqların adət-ənənələri və milli yeməkləri” mövzusundakı XI  xeyriyyə festivalında diplomatik korpuslar iştirak ediblər. Festivalın  proqramına uyğun olaraq hər ölkə özünün milli mətbəxinin, mədəni və məişət mədəniyyətinin bir hissəsini sərgiləyib. Simvolik olan satış sərgidən yığılan  vəsait isə xeyriyyə məqsədi ilə istifadə olunur.

Özbəkistandakı Azərbaycan Respublikasının səfirliyi də diplomatları və beynəlxalq təşkilatları heyran edə biləcək qədər süfrə sərgiləyib. Qonaqlara milli xörəklərimiz-dolma, plov, dovğa, kükü, şərab,  isti-isti  hazırlanan Azərbaycan kababı, saç kababı,  həmçinin şirniyyatlarımızdan şəkərbura, paxlava və şərbətlərimiz  təqdim olunub.  Mətbəximizin təamlarını dadmaq üçün isə növbəyə duranlar  öz heyrətlərini gizlədə bilməyiblər. Şah plov,  dolma, paxlava tədbir iştirakçılarına xüsusi zövq verib.   Özbəkistandakı Ukrayna Respublikası səfirliyinin diplomat Nadejda Tırtıçnaya mətbəximizi ağlagəlməz dərəcədə dadlı hesab edib.
Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin mötəbər qonaqları və diplomatlar Azərbaycan süfrəsinin qonağı olublar.
Tədbirin sonunda Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyevə xüsusi diplom təqdim olunub. 

















Ləman Ağayeva,
Daşkənd

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama