Modern.az

“El” hərəkatı yenə ofissiz qaldı

“El” hərəkatı yenə ofissiz qaldı

15 May 2013, 12:44


“El” hərəkatı yenidən ofis problemi ilə üzləşib. Bu barədə Modern.az-a məlumat verən “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev hazırda ofis axtarışlarında olduqlarını deyib.

Onun sözlərinə görə, hazırda ofissiz qalan “El” hərəkatı tədbirlərini Ziyalılar Forumunə məxsus yerdə keçirir.

“Yenidən bizim ofis problemimiz var. Indi özümüzə ofis axtarırıq. Bir neçə variant var üzərində işləyirik. Hazırda görüşlərimiz Ziyalılar Forumunun ofisində keçirilir”-deyə E.Quliyev bildirib.

“EL” rəsmisi son zamanlar passiv siyasi fəaliyyət nümayiş etdirmələri ilə bağlı yayılan məlumatlara da aydınlıq gətirib:

“Dünən “El” hərəkatında böyük bir tədbir keçirildi. Hərəkata yeni qoşulan insanlar var. Onların arasında ölkə miqyasında tanınan insanlar da var.  Hər şey qaydasındadır. Sadəcə biz bir o qədər də mətbuatda gördüyümüz işləri işıqlandırmırıq”.

Xatırladaq ki, bu ilin mart ayında elan olunan “El” hərəkatı icarəyə götürdüyü təmtəraqlı villası ilə diqqəti cəlb eləmişdi. Az keçmədən “El” ofisdən çıxırlı.  Bakıda saysız-hesabsız ofislərinin olduğunu deyən “El” rəhbərliyi daha sonra Bakının Binəqədi rayonu ərazisindəicaryə götürdüyü 3 mərtəbəli malikanədən də qovulub.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama