Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında mayın 16-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər və gündüz arabir yağış yağacağı gözlənilir. Mülayim şimal küləyi əsəcək.
Havanın temperaturu gecə 13-17, gündüz 20-25 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında mayın 16-da şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturunun gecə 11-16, gündüz 21-26, dağlarda gecə 5-10, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Yaxın 2-3 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək caxacağı, arabir yağış yağacağı gözlənilir.
Modern.az