Modern.az

Bəxtiyar Əliyev: ““Elm haqqında” qanun layihəsi parlament müzakirəsinə çıxarılır”

Bəxtiyar Əliyev: ““Elm haqqında” qanun layihəsi parlament müzakirəsinə çıxarılır”

15 May 2013, 15:23


“Milli Məclisin və komitənin iş planına uyğun olaraq yaz sessiyasında yalnız “Elm haqqında” qanun layihəsinin müzakirəsi nəzərdə tutulub”.
Bu sözləri Modern.az-a açıqlamasında Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, millət vəkili Bəxtiyar Əliyev deyib. O, qeyd edib ki, bu günlərdə komitədə bu qanun layihəsi müzakirə olunacaq və Milli Məclisin plenar iclasına tövsiyə ediləcək.

“Növbədənkənar sessiya yoxdur, hələ yaz sessiyası davam edir. May ayında Milli Məclisin və komitənin iclasları olacaq və ona görə də bu məsələ komitədə müzakirə edilib. Artıq Milli Məclisin plenar iclasına müzakirə edilməsi üçün tövsiyə olunacaq”.

Qanun layihəsində Azərbaycanda magistratura və doktorantura pilləsində təhsil alan tələbələrin hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi öz əksini tapıb.

  Aytən ƏLİYEVA  
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama