Modern.az

Son 5 ildə 268 nəfər əlil peşə hazırlığı kurslarına cəlb olunub

Son 5 ildə 268 nəfər əlil peşə hazırlığı kurslarına cəlb olunub

15 May 2013, 15:30

Əlillərin əmək bazarına çıxışının asanlaşdırılması istiqamətində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən məqsədyönlü tədbirlər həyata keçirilir. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, xidmətin xətti ilə hələ 2007-ci ildən etibarən xüsusi olaraq əlillər üçün peşə hazırlığı kursları təşkil olunur və son 5 ildə 268 nəfər əlil həmin kurslara cəlb olunub. Həmin əlillərin bir qismini gözdən əlil olan insanlar təşkil edir.

Cari ilin birinci rübü ərzində isə daha 20 nəfər əlil üçün ingilis dili üzrə 3 aylıq, 18 nəfər gözdən əlil üçün isə brayl sistemi üzrə təlim aparılmaqla kompüter istifadəçisi peşəsi üzrə 2 aylıq peşə hazırlığı kursu təşkil olunub. Onu da bildirək ki, hazırda Ramana Gənc Əlillərin Əmək və İstirahət evində əsaslı təmir və yenidənqurma işlər aparılmaqla yanaşı, burada yaşayan əlillərin peşə hazırlığını təmin etmək üçün müvafiq şərait də yaradılır. 

Modern.az
 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama