Modern.az

Bakıda arvadını öldürən kişinin dəhşətli cinayəti haqda RƏSMİ AÇIQLAMA

Bakıda arvadını öldürən kişinin dəhşətli cinayəti haqda RƏSMİ AÇIQLAMA

15 May 2013, 16:45
Prokurorluq və polis orqanları əməkdaşlarının həyata keçirdikləri uğurlu istintaq-əməliyyat tədbirləri nəticəsində daha bir cinayətin üstü açılıb, onu  törətməkdə şübhəli bilinən şəxs tutularaq istintaqa cəlb edilib.   Bakı şəhər Prokurorluğu və Baş Polis İdarəsinin məlumatına görə,  vətəndaş Bəsti Mirzəyevanın 15 aprel 2013-cü il tarixdə paytaxtın Xətai rayon ərazisində itkin düşməsi ilə əlaqədar həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri ilə onun qeyri-rəsmi ər-arvad kimi münasibətdə olduğu və Əhmədli qəsəbəsində birgə kirayədə yaşadığı Sübhan Məmmədov tərəfindən boğularaq öldürüldüyü, daha sonra həmin ərazidəki yarımçıq tikilinin həyətində basdırıldığı müəyyən edilib.  
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Həyata keçirilmiş tədbirlər nəticəsində S.Məmmədov tutulub. O, istintaqa ifadəsində törətdiyi cinayəti etiraf edərək B.Mirzəyevanın basdırıldığı yeri göstərib, baxış zamanı meyit həmin ərazidə aşkar edilib.
  Hazırda cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Modern.az                                                                                                                         
Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama