İsmayıllı hadisələrində təqsirli bilinərək həbs edilən “REAL” hərəkatının sədri İlqar Məmmədovun həbs müddəti artırılıb.
Bu barədə Modern.az-a REAL üzvləri məlumat veriblər. Bildirilib ki, İlqar Məmmədova tətbiq edilən seçilmiş həbs-qətimkan tədbirinin müddətinə daha 3 ay müddətinə uzadılıb.
Qeyd edək ki, bu gün Nəsimi Rayon Məhkəməsində İlqar Məmmədovun həbs müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılaraq təmin edilib.
Xatırladaq ki, İlqar Məmmədov barəsində Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinib.
A.RÜSTƏMOV