Modern.az

“Gülər Əhmədova Sevinc Babayevanın ölüm rəyini oxuduqdan sonra danışacaq” - AÇIQLAMA

“Gülər Əhmədova Sevinc Babayevanın ölüm rəyini oxuduqdan sonra danışacaq” - AÇIQLAMA

15 May 2013, 18:08

Eks-deputat Baş Prokurorluq tərəfindən Türkiyəyə göndərilmiş nümayəndəni gözləyir

Həbsdə olan Gülər Əhmədovanın vəkilləri bu gün təcridxanada eks-deputatla görüşüblər. Vəkil Əfsər Talıbovun Modern.az-a verdiyi məlumata görə, Gülər Əhmədovanın səhhətində problemlər var. 
“Bizimlə görüşdə çox rahatsız idi. Başı ağrıyırdı”. Vəkil deyib ki, eks-deputat  Sevinc Babayevanın ölümü ilə bağlı heç bir münasibət bildirmir.

Ə.Talıbovun sözlərinə görə, mərhumun ölüm rəyinin alınması ilə bağlı Baş Prokurorluq Türkiyəyə nümayəndə göndərib. “Ona görə də Gülər xanım heç bir söz demir. Axı ortada rəy yoxdur. Sadəcə əlimizdə internetdən çıxarılmış rəy var. Rəy alınandan sonra Gülər Əhmədova nəsə deyər”.

İstintaq hərəkətlərinin aparılmasından narazı olan vəkillərin bununla bağlı müvafiq instansiyalara müraciətlərinə münasibət bildirən Əfsər Talıbov bildirib ki, onların müraciətlərinə hələ ki, heç bir cavab verilməyib:
“Müraciətlərə hələ ki, cavab almamışıq. Dayanmadan işləyirik”.

Gültəkin ƏLƏSGƏR           

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama