Modern.az

Qobustanda avtobus yük maşını ilə toqquşdu- ölən və yaralanan var

Qobustanda avtobus yük maşını ilə toqquşdu- ölən və yaralanan var

15 May 2013, 18:19

Bakı-İsmayıllı yolunda dəhşətli yol qəzası baş verib. Modern.az-ın məlumatına görə, İsmayıllıdan Bakıya doğru hərəkət edən “Hyundai” markalı sərnişin avtobusu Qobustan rayonu ərazisində  “Man” markalı ağırtonnajlı yük maşını ilə toqquşub. Hadisə nəticəsində mikro abtobusun sürücüsü, İsmayıllı rayon sakini Nadir Bəhyəddinov dünyasını dəyişib.

Şahidlərin sözlərinə görə, qəza zamanı sərnişinlər arasında xeyli sayda yaralanan olub. Onlar yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.

Hadisə ilə bağlı araşdırma aparılır.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama