Modern.az

Tofiq Yaqublunun da həbs müddəti uzadıldı

Tofiq Yaqublunun da həbs müddəti uzadıldı

15 May 2013, 18:26


İsmayıllı hadisələrində təqsirli bilinən Müsavat başqanının müavini, "Yeni Müsavat" qəzetinin köşə yazarı Tofiq Yaqublunun həbs müddəti artılıb. Bu barədə Modern.az-a partiyanın Gənclər Təşkilatının sədri Tural Abbaslı məlumat verib.

Bildirilib ki, Nəsimi rayon məhkəməsinin qərarı ilə T.Yaqublu barəsində seçilən həbs-qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

Xatırladaq ki, İlqar Məmmədov barəsində Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri  ilə təqsirli bilinib.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama