Modern.az

Yunus Əmrə Mədəniyyət Mərkəzi Azərbaycanda fəaliyyətə start verdi

Yunus Əmrə Mədəniyyət Mərkəzi Azərbaycanda fəaliyyətə start verdi

15 May 2013, 18:44


Türkiyənin Yunus Əmrə Mədəniyyət Mərkəzi mayın 15-də Bakıda miniatür rəsm əsərləri sərgisi açıb. Sərgidə Mərkəzin üzvlərindən biri - Türkiyənin tanınmış miniatür rəsm ustası Serhan Çiftçigüzəlinin rəsm əsərləri nümayiş olunur.
Yunus Əmrə Mədəniyyət Mərkəzinin prezidenti Səriyyə Gündoğdu Modern.az-a məlumatında bildirib ki, bugünkü sərgi ilə Yunus Əmrə Mədəniyyət Mərkəzi Azərbaycanda öz mədəni tarixi fəaliyyətinə start verib.
Mərkəzin məqsədi iki ölkə arasında əsrlərdir mövcud olan dostluq-qardaşlıq münasibətlərini daha da möhkəmləndirmək, yüksək səviyyəyə çatdırmaqdır. Mərkəzin Azərbaycanda fəaliyyəti ilə baqlı nəzərdə tutulan bir sıra planları var, buna çoxlu sayda proqramlar, akademik araşdırmalar, dil kursları daxildir. Sərgidə Türkiyə Cümhuriyyətinin Azərbaycandakı diplomatı Alper Cosqun, Azərbaycanın bir sira tanınmış millət vəkilləri, Türkiyədən və Balkanlardan qonaqlar iştirak edib.

Günəş FƏRHADLI 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama