Azərbaycanda 18 məhkum azadlığa buraxılıb. Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Heydər Əliyevin 90 illik yubileyi münasibətilə Milli Məclisin qəbul etdiyi Amnistiya Aktına əsasən xidmətin tabeliyində olan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən 18 nəfər məhkum 15.05.2013-cü il tarixdə cəzadan azad edilib.
Qeyd edək ki, Amnistiya Aktı Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban Əliyeva tərəfindən Milli Məclisə təklif olunub.
Modern.az