Ötən gecə UEFA Avropa Liqasının 2012/13-cü il mövsümünə yekun vurulub. Ötən gecə keçirilən final qarşılaşmasında İngiltərənin “Çelsi” və Portuqaliyanın “Benfika” komandaları üz-üzə gəlib. Hollandiyanın "Amsterdam Arena" stadionunda keçirilən oyunda hesabı 60-cı dəqiqədə "Çelsi" açıb. Bundan səkkiz dəqiqə sonra "Benfika" hesabı bərabərləşdirib. Lakin oyuna əlavə edilmiş vaxtda Branislav İvanoviç “Çelsi” komandasının qələbə topunu vurub - 2:1.
Beləliklə, "Çelsi" 2012/13-cü il mövsümündə UEFA Avropa Liqasının qalibi olub.
“Çelsi” (İngiltərə) – “Benfika” (Portuqaliya) -2:1
Qollar: Torres, 60 (1:0), Kardoso, 68-pen (1:1), İvanoviç, 90+3, (2:1)
Modern.az