Modern.az

Xaçmazda yol terroru: 4 nəfər öldü

Xaçmazda yol terroru: 4 nəfər öldü

16 May 2013, 09:36

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Xaçmaz rayonu, Çarxı kəndi ərazisində "VAZ" markalı minik avtomobili ilə "Qazel" markalı yük avtomobili toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub  ki, "VAZ" markalı minik avtomobilinin sürücüsü 1983-cü il təvəllüdlü Natiq Ağaoğlan oğlu Vahidi və 3 nəfər sərnişini hadisə yerində vəfat edib, digər avtomobildə olan sürücü və sərnişin xəsarət alıb.

Xilasedicilər hadisə yerinə çatana kimi minik avtomobilində olan 3 nəfərin meyiti, yük avtomobilində olan sürücü və sərnişin vətəndaşlar tərəfindən avtomobillərdən çıxarılıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət olunmaqla xüsusi alət və avadanlıqlar vasitəsilə “VAZ” markalı nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalmış sürücü N.Vahidinin meyitini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 02:49-da başa çatıb.

Modern.az

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama