“Biz Milli Şuradan kimsə prezidentliyə namizəd olarsa, onu nəyə görə dəstəkləməliyik?”. Bunu Modern.az-a açıqlamasında ADP sədri Sərdar Cəlaloğlu prezident seçkisində partiyalarının iştirakı ilə bağlı məsələni şərh edərkən bildirib. Onun sözlərinə görə ADP öz namizədini irəli sürməsə, “Qarabağ” Blokundan kimisə dəstəkləyəcək.
“Mənim namizədliyim hələlik partiyada müzakirə olunmur. Bu yaxınlarda isə məsələyə ADP-də baxıla bilər. Bir də yenə deyirəm, bizim öz blokumuz ola-ola niyə başqa təşkilatların namizədliyini müdafiə etməliyik”-deyə S.Cəlaloğlu vurğulayıb.