Modern.az

12 millət vəkili Hacıbala Abutalıbova müraciət edib

12 millət vəkili Hacıbala Abutalıbova müraciət edib

16 May 2013, 12:52


Milli Məclisin 12 deputatı Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova müraciət edib. Bu barədə Modern.az-a tanınmış incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov məlumat verib.

Uzun müddətdir evinin qəzalı vəziyyətdə olmasından əziyyət çəkən Şeyx Əbdülün sözlərinə görə, 12 deputat onun xahişi ilə Bakı merinə müraciət edərək kömək istəyiblər.

“12 millət vəkili mənim bu işimlə bağlı Hacıbala Abutalıbova müraciət edib. Sağ olsunlar hər biri. Onlar da mənim üzləşdiyim problemdən hali olaraq merdən mənə kömək etməyi xahiş ediblər. Amma buna baxmayaraq Hacıbala Abutalıbov deputatların da  müraciətinə cavab verməyib”-deyə Şeyx Əbdül bildirib.

Əməkdar incəsənət xadimi H.Abutalıbova müraciət edən millət vəkilləri arasında Qənirə Paşayeva, Eldar İbrahimbov, Novruzəli Aslanov  və digərlərinin adlarını çəkib.

Qeyd edək ki,  Bakı meri ilə Şeyx Əbdül Mahmudbəyov arasında ev qalmaqalı uzun müddətdir ki, davam edir. Belə ki, əməkdar incəsənət xadiminin “Sovetski”dəki evi  Bakı şəhər İcra Hakimiyyətinin ərazidə gördüyü təmir işləri zamanı qəzalı vəziyyətə düşüb. Dəfələrlə rəsmi qurumlara şikayət etdiyini deyən Şeyx Əbdül hələ də probleminin həll olunmadığını bildirib.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama