“Mədəniyyət
” kanalı 66-cı Kann festivalının təntənəli yekun mərasimini mayın 26-da saat 21.15-də canlı yayımda nümayiş etdirəcək. Azərbaycan Teleradio Verilişləri QSC-dən Modern.az-a verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin xəttilə festivala qatılan azərbaycanlı kinematoqrafçılar Müşfiq Hətəmov, Yusif Şeyxov, Ayaz Salayev və Fariz Əhmədov orada fəaliyyət göstərən beynəlxalq pavilyonda iştirak edirlər. Pavilyonda Azərbaycanda son 2 ildə çəkilən 9 film nümayiş olunur. Həmin gün münsiflər heyətinin üzvləri və festivalın proqramına yekun vuracaq «Zulu» filminin yaradıcı qrupu Qırmızı xalı üzərindən keçəcək. Bu filmin rejissoru Jerom Salldır. Budəfəki festivalın münsiflər heyətinə dünya şöhrətli rejissor, prodüser Stiven Spilberq rəhbərlik edir.Qeyd edək ki, «Oskar»ın son 6 illik təqdimatı və Kann festivalının son 3 illik açılış və yekun mərasimləri AzTV və «Mədəniyyət» kanalları vasitəsilə canlı yayımda nümayiş etdirilir.
Modern.az