Modern.az

Azərbaycanda qiymət artımı gözlənilirmi?

Azərbaycanda qiymət artımı gözlənilirmi?

16 May 2013, 13:46

Xəbər verdiyimiz kimi, bir müddət əvvəl Nəqliyyat Nazirliyi ictimai nəqliyyatda gediş haqqına yenidən baxılması ilə bağlı Tarif Şurasına təkliflər göndərilmişdi. Şəhərdaxili nəqliyyatda hazırkı tariflərin onların xərclərini ödəməməsini deyən nəqliyyat nazirinin müavini Musa Pənahov bildirmişdi ki, xidmətin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək lazımdır. Amma Nazirliyin bu təklifinə aprel Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının keçirilən iclasında şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişindaşıma xidmətlərinin tariflərinə baxılandan sonra tariflər dəyişdirilmədən əvvəlki səviyyədə saxlanıldı.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov da açıqlamalarında tez-tez şikayətlənir ki, metroda gedişin real dəyəri 70 qəpikdir. Metropoliten rəisi bunu tez-tez deyərək yeraltı nəqliyyatdan istifadə edənləri sanki buna hazırlayır. Ona görə də yeraltı nəqliyyatda da tarifin artırılmasına hazırlıqlı olmaq lazımdır.   

Maraqlıdır, başqa xidmət sahələrində də keyfiyyəti yaxşılaşdırmaq məqsədilə tarifləri yüksəltmək üçün Tarif Şurasına müraciət edibmi?

Modern.az elə bu sualla İqtisadi İnkişaf Nazirliyinə müraciət edib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev bildirib ki, digər xidmət sahələrində tariflərə yenidən baxılması üçün Tarif Şurasına hələlik müraciət olunmayıb.

Gültəkin ƏLƏSGƏR     

 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama