Modern.az

İsmayıllı məhbuslarının həbs müddəti artırıldı

İsmayıllı məhbuslarının həbs müddəti artırıldı

16 May 2013, 14:50


Bu ilin yanvar ayında İsmayıllı baş verən hadisələrdə saxlanılan şəxslərin həbs müddəti uzadılıb. Nəsimi rayon məhkəməsinin qərarı ilə 14 nəfər barəsinə seçilən həbs-qətimkar tədbirinin müddəti daha 3 ay müddətinə artırılıb.

Qeyd edək ki, İsmayıllıda baş verən məlum hadisələr zamanı 18 nəfər həbs edilib. Onlardan 14 nəfəri İsmayıllı sakini, 2 nəfər rayon sakini olmayan otel inzibatçısıdır.

Barələrində Cinayət Məcəlləsinin «külli miqdarda əmlakı məhv etmə», «kütləvi iğtişaşlar təşkil etmə, bu cür hərəkətlərdə fəal iştirak etmə» və «hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə» maddələri ilə ittiham irəli sürülüb.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama