Modern.az

“Məmurların iç üzünü açıb göstərmək üçün İTV-dən efir vaxtı istəyirəm”

“Məmurların iç üzünü açıb göstərmək üçün İTV-dən efir vaxtı istəyirəm”

16 May 2013, 14:59

Azərbaycanda prezident seçkisinə vaxt azaldıqca siyası arenada vəziyyət gərginləşir. Son günlər Milli Şuranın yaradılması, AXCP-nin xarici teleməkanından yayımlanan “Azərbaycan saatı” verilişi, Müsavat Partiyasının xaricdə açılan “Meydan” TV ilə əməkdaşlığa meyl göstərməsi Müasir Müsavat Partiyasını sədri Hafiz Hacıyevi qəzəbləndirib. Bu arqumentlərə cavab vermək iddiasında olan Müasir Müsavat Partiyasnın sədri Hafiz Hacıyev İctimai Televiziyanın rəhbərliyinə müraciət edib.

Hafiz Hacıyev Modern.az-a deyib: “Heç bir siyasi perspektivi olmayan bir qrup siyasibazların prezident seçkisinə az bir zaman qaldığı ərəfədə müxtəlif ideyalarla ortaya atılmasını siyasi təxribat hesab edirəm. Cəmiyyətdə yanlış fikir formalaşdırmağa çalışan bəzi siyasi qüvvələrin, o cümlədən hakimiyyət daxilində olan bəzi və müalifətlə separat danışıqlara gedən, müxalif qüvvələrə dəstək verən bəzi məmurların iç üzünü cəmiyyətə açıb göstərmək üçün İctimai Televiziyanın rəhbərliyinə müraciət edirəm ki, mənə şərait yaradıb, efir vaxtı versinlər, xalqa həqiqətləri çatdıra bilim”.

Müasir Müsavat Partiyasının televiziyada efir vaxtının  verilməsi üçün müraciəti İTV rəhbərliyinə göndərilib.

Modern.az 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama