28 May Respublika Günü ilə bağlı keçiriləcək tədbirlərin planı hazırlanır. Bu haqda Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin mətbuat xidmətinin rəhbəri Samid Rzayev bildirib. O, qeyd edib ki, keçiriləcək tədbirlər haqıqnda məlumatlar gələn həftə sayta qoyulacaq. “28 Mayla əlaqədar İdarə tərəfindən Tədbirlər Planı hazırlanır və bu gələn həftə saytda tədbirlərlə bağlı gərəkli informasiya yerləşdiriləcək. Tədbirlər Planında hamı keçiriləcək bütün tədbirlər, yerləri və saatları, tarixləri barədə ətraflı məlumat əldə edəcəklər”.
Aytən ƏLİYEVA