Amerikada yaşayan erməni milyarder yoxa çıxıb. Modern.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Amerikada yaşayan erməni əsilli milyarder milyarder Krik Kirkoryanın girov götürüldüyü bildirilir. Uzun müddətdir yoxa çıxan Kirkoryanın tapılması üçün ailəsi hüquq mühafizə orqanlarına axtarış verib.
Hələlik onun harada olması ilə bağlı məlumat yoxdur. İlkin ehtimallara görə, Kirkoryanın küllü miqdarda pul mübaqilində girov saxlanıldığı zənn edilir.
Qeyd edək ki, ABŞ-ın "Ford", General Motors, "Kraysler" kimi nəhənglərinin aksiyalarını əlində cəmləmiş, "Tracinda Corporation"ın prezidenti, Hollivudda da "Metro-Goldwyn-Mayer" (MGM), "United Artists", "Columbia Pictures" və "20th Century Fox" kimi nəhəng kino istehsalçılarının direktorluğunda təmsil olunan Kirk Kirkoryan Ermənistana ən çox yardım edən milyarderdir. 32 milyard nəğd parası və nəhəng şirkətləri varissizdir. Ermənilər bu varidatın son anda Ermənistana bağışlanacağını xəyal edirlər
Modern.az