Modern.az

Ərdoğan Obama ilə görüşdü

Ərdoğan Obama ilə görüşdü

16 May 2013, 19:16


Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ABŞ prezidenti Barak Obama ilə tarixi görüşü baş tutub.Modern.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, liderlərin Ağ Evdə keçirilən görüşü 2 saatdan çox davam edib.

Görüş başa çatdıqdan sonra dövlət rəsmiləri mətbuat konfranı keçiriblər. Qapalı masa arxasında keçirilən kritik görüşdə hansı məsələlərin müzakirə edilməs haqda mətbuata məlumat verilib.

Mətbuat qarşısında çıxış edən Barak Obama Birləşmiş Ştatlar terrora qarşı mübarizədə hər zaman Türkiyənin yanında olduğunu bildirib. ABŞ prezidenti Reyhanlı qəsəbəsindəki terror aktı ilə ilə bağı Türkiyə xalqına başsağlığı verib.

Obama bildirib ki, Bəşər Əsəd rejiminə qarşı təzyiqlər və müxalifətlə əməkdaşlıqlar davam edəcək: “Bəşər Əsədin hakimiyyətdən getməyində qərarlıyıq. Suriyada nizamlamaya mane olan zorakılıq bitməlidir. Suriya məsələsində Türkiyə ilə əməkdaşlığı davam etdirəcəyik”.

Rəcəb Tayyib Ərdoğan da  görüşdə əsas müzakirə mövzusunun Suriya məsələsi olduğunu deyib. Onun sözlərinə görə, qanlı hadisələrin bitməsi üçün ABŞ və Türkiyə arasında məsləhətləşmələr mövcuddur.

Modern.az 

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama