Modern.az

Məktəblərin bağlanması ilə bağlı qərar verilməyib - Nazirlik

Məktəblərin bağlanması ilə bağlı qərar verilməyib - Nazirlik

Təhsil

9 Yanvar 2023, 15:42

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ölkə üzrə ümumi təhsil müəssisələrində şagirdlərin dərsə davamiyyəti nisbətən azalıb.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən bildirilib.

 

Məlumata görə, hava şəraiti dağlıq və dağətəyi rayonlarında dərsə davamiyyətə daha çox təsir edib:

 

"Şaxtalı hava şəraiti ilə bağlı bəzi ümumi təhsil müəssisələrində istilik təminatı ilə bağlı problemlər qeydə alınıb. Həmin məktəblərdə istiliyin bərpası istiqamətində işlər aparılır. Qeyri-sabit hava şəraiti ilə bağlı məktəblərin bağlanmasına dair hər hansı rəsmi qərar verilməyib".

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın çöküşü - Putin imdad diləyir