2022/2023-cü tədris ilində Bakı Dövlət Universitetinnə (BDU) 120 əcnəbi vətəndaş qəbul olunub.
Modern.az-ın məlumatına görə, bunu BDU-nin mətbuat katibi Kəmalə Namazova bildirib.
Əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.az və atis.edu.az) vasitəsilə aparılır.
“Türkiyə, İran, Rusiya, Pakistan, Türkmənistan, Qazaxıstan, Tacikistan, Banqladeş, Çad, Ukrayna, Gürcüstan, Çin, Nigeriya, Küveyt və digər ölkələrdən Bakı Dövlət Universitetində təhsil almaq üçün çoxsaylı müraciətlər daxil olmaqdadır”, - mətbuat katibi əlavə edib.
2022/2023-cü tədris ili üzrə bu günədək BDU-ya bakalavriaturaya 34, magistraturaya 28, doktoranturaya 7, hazırlıq qruplarına isə 51 nəfər olmaqla, ümumilikdə 120 nəfər əcnəbi vətəndaş qəbul olunub.
“Bu da ötən illərə nisbətən böyük göstəricidir. BDU-da əcnəbi vətəndaşların qəbul prosesi davam edir”.